Almaniya Bundestaqına seçkilərdə səsvermə başlayıb.
Teleqraf.com xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00-da) açılıb.
Rəsmi məlumata görə, ölkə əhalisinin 60,4 milyon nəfər vətəndaşının səsvermə hüququ var. Onlar ölkənin yeni parlamentinin tərkibini müəyyənləşdirəcəklər.
Seçkilərdən sonra Bundestaqda yeni kanslerin rəhbərliyi altında yeni hökumət formalaşdırılacaq.