28 Sentyabr 2021 08:55
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayland hakimiyyəti koronavirus əleyhinə peyvənd edilən xarici turistlərin 1-30 noyabr tarixlərində Banqkoka və ölkənin digər 9 əyalətinə daxil olmasına icazə verməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, müsafirlərə əyalətlərin yalnız xüsusi olaraq təyin edilmiş "turizm zonaları" açıq olacaq.

Dekabrın 1-dən dekabrın 31-dək isə daha 20 əyalətə gəlməyə icazə verilməsi nəzərdə tutulur.

Sentyabrın 29-dan etibarən ölkənin əksar hissələrində tətbiq edilən bəzi məhdudiyyətlər götürüləcək. Tədricən burada spa, kinoteatr, idman meydançaları, biznes mərkəzləri və əyləncə obyektlərinin fəaliyyətinə icazə veriləcək.

Bundan əlavə, oktyabrın 1-dən Taylanda daxil olanların hamısı üçün məcburi karantin müddəti azaldılaraq - peyvənd edilmiş turistlər üçün yeddi gün və peyvənd edilməyən turistlər üçün 10 gün təşkil edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər