İran dünən yeni "Sepexr" ("Səma") radiolokasiya sistemini təqdim edib və uğurla sınaqdan keçirib.
Teleqraf.com-un xəbərinə görə, İranın istehsalı olan radiolokasiya sistemu müxtəlif hədəfləri 2,5 min km-dən müəyyən etmək imkanına malikdir.
"Sepexr" RLS-un hərəkət zonası 2,5 min km-dən artıq məsafəni əhatə edir. O, stels texnologiyadan istifadə edən hədəfləri, aşağı, orta və yüksək hündürlükdə uçan mikropilotsuz təyyarələri müşahidə etmək, ballistik, yarımballistik və qanadlı raketləri asanlıqla məyyən etmək və izləmək özəlliyinə mailikdir", - Hatəm əl-Ənbiyyə HHQ bazasının komandanı, briqada generalı Şahrux Şaxram bildirib.
Onun sözlərinə görə, dünən səhər yeni RLS sınaqdan keçirilib və nəticələr uğurlu olub.
Nihad