Suriyanın Kobani şəhəri ətrafında davam edən qarşıdurmalar zamanı İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının atdığı mərmilərdən ikisi Türkiyə ilə sərhədə düşüb.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, könüllü kürd qüvvələrinin yaydığı məlumatda mərmilərin Türkiyəyə keçməyə çalışan suriyalıların arasına düşdüyü bildirilir.
Partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Samir