19 Oktyabr 2021 12:53
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Trampın rəsmi saytı türk hakerləri tərəfindən ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, türk haker qrupu “RootAyyildiz” 75 yaşlı Trampın saytını ələ keçirdikdən sonra ana səhifədə türk dilində qeyd yerləşdirib.

Mətndə bu ifadələrə yer verilib: “Allahı unudan, bu səbəbdən Allahın da onlara özünü unutdurduğu kəslər kimi olmayın. Həqiqətən də onlar yollarını azıblar”.

Qeydin Qurandan bir ayə olduğu bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışın yer aldığı bir video da mətnin altında yerləşdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu