9 Noyabr 2021 12:10
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə ABŞ arasında münasibətlərin mənfi fonu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin Moskvaya səfərini daha əhəmiyyətli edir.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı ekspert, “Sülh və Azadlıq Mərkəzi” müstəqil institutunun direktoru İen Eland bildirib.

“ABŞ və Rusiya Federasiyası arasında münasibətlər o qədər pisdir ki, təhlükəsizlik sferası əməkdaşlarının görüşü diqqətəlayiq əhəmiyyət kəsb edə bilər. Xüsusən də nəzərə almaq lazımdır ki, prezident Putin özü kəşfiyyatda xidmət edib. Yəqin ki, bu kommunikasiya kanalını o, yüksək qiymətləndirir”, - Eland “RİA Novosti”yə müsahibəsində deyib.

Elandın sözlərinə görə, növbəti danışıqlarda tərəflər Pentaqonun rəhbəri Lloyd Ostinin yenidən gündəmə gətirdiyi Ukrayna və Gürcüstanın NATO-ya qəbulu ilə bağlı “pis ideyanı” müzakirə edə bilərlər.

Ekspert qeyd edib ki, bu, iki ölkə arasında münasibətlərdə ən çətin məsələdir: “Ukrayna və NATO-nun genişlənməsi çox güman ki, ümumi maraq dairəsi olacaq və gələcəkdə bir çox mürəkkəb məsələlərə keçidi asanlaşdıra bilər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər