İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları Aralıq dənizində üzən iki balıqçı gəmisində 550-dən çox miqrantı xilas ediblər.
Teleqraf.com xəbər verir ki, Kalabriya sahillərində həyata keçirilən əməliyyatlar nəticəsində balıqçı gəmisinin birindən 303, digərindən isə 250 miqrant xilas edilib. Əksəriyyəti Misir vətəndaşı olan miqrantlar Roccella Jonica limanına gətirilib.
Qeyd edək ki, cari ildə dəniz yolu ilə İtaliyaya gələn immiqrantların sayı 58 min nəfərə çatır. Keçən il bu rəqəm 31 min civarında idi.
İtaliyaya miqrantları daşıyan qayıqlar əsasən Şimali Afrika ölkələrindən, Liviya və Tunisdən yola düşür.