16 Noyabr 2021 20:14
2 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın yenidən inkişaf etdirməyə başladığı “S-550” raketdən müdafiə sisteminin hədəfi aşkarlama və vurma məsafəsi artırılacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rostek”in baş direktoru Sergey Çemezov jurnalistlərə deyib.

“Bizim layihəmiz fasiləsiz olaraq həyata keçirilir və hər hansı hədəfi müəyyən etmə və aşkarlama, eləcə də vurma məsafəsini artırmaq üçün reallaşdırılır. “S-550”-lərlə bağlı işlər diqqət mərkəzindədir”, - Çemezov bildirib.

O söyləyib ki, Rusiyanın üzərində işlədiyi yeni raketdən müdafiə sistemi “S-550” qitələrarası ballistik raketləri effektiv şəkildə məhv edə bilən dünyanın ilk mobil şəxsi raket və kosmik müdafiə sistemi olacaq:

“Sistem “S-500”-lərin bir versiyası olaraq xüsusi olaraq raket və kosmosda müdafiə missiyaları üçün hazırlanır”.

Bundan əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu SSRİ dövründə ABŞ-la müqavilələr çərçivəsində dayandırılan “S-550” hava hücumundan müdafiə sistemini inkişaf etdirməyə başladıqlarını açıqlayıb.

İlk “S-550”-nin 2025-ci ilə qədər təhvil verilməsi planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər