18 Noyabr 2021 12:30
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər bundan sonra standartları biz müəyyən etməsək, XXI əsri idarə edən biz olmayacağıq. Qorxuram ki, biz bəzi sahələrdə standartlar müəyyən etmək imkanlarımızı itirək”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell deyib.

Dünyanın rəqəmsal transformasiyasına toxunan və onu yeni enerji mənbələrinin tapıldığı XIX əsrdə Sənaye İnqilabı zamanı yaşanan transformasiya ilə müqayisə edən Borrell bildirib ki, o dövrdə Qərb dünyası bu prosesə rəhbərlik edir və standartları müəyyən edirdi:

“Bundan sonra standartları biz müəyyən etməsək, XXI əsri idarə edə bilməyəcəyik. Qorxuram ki, bəzi sahələrdə standartları müəyyən etmək imkanlarımızı itirək”.

Borrell buna görə də Aİ və ABŞ-ın sentyabrın 29-da Çinin artan təsirinə qarşı Ticarət və Texnologiya Tərəfdaşlığı Şurası qurduğunu bildirib:

“Yeni dünyanı kimin idarə edəcəyini düşünməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər