18 Noyabr 2021 14:54
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Müdafiə Nazirliyi dünən Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasına hazırlıq mərhələsi ilə bağlı təkliflər verib”.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Bir daha təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur”,- Paşinyan bildirib.

Baş nazir müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə təfərrüatları dəqiqləşdirməyi tapşırdığını da açıqlayıb: “Biz Rusiya Federasiyasının verdiyi təkliflər çərçivəsində və əsasında təklifləri həyata keçirməyə çalışacağıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər