İraqda terror təşkilatı İŞİD daha 40 nəfəri girov götürüb. Terrorçular bu dəfə Ənbar-Səlahəddin quru yolunda avtomobil karvanına hücum ediblər.
Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, onlar nəqliyyat vasitələrini dayandıraraq 40 adamı qaçırıblar, daha sonra onlardan ikisini öldürüblər.
Ənbara bağlı Beravne Nahiyəsinin başçısı Taha ər-Ravi baş verən son olayla bağlı bildirib ki, 2 nəfər İŞİD üzvlərinə müqavimət göstərdiyi üçün öldürülüb.
Ravi terrorçuların girov götürdükləri kəsləri hara apardıqları barədə məlumatlı olmadığını söyləyib.
Nail Cəlil