1 Dekabr 2021 17:13
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremldə münasib anda Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun Krıma birlikdə səfər edəcəklərinə şübhə yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Aydındır ki, indi Krıma belə səfərlər üçün ən yaxşı vaxt deyil. Hava dəyişkəndir və müxtəlif iqlim anomaliyaları özünü hiss etdirir. Amma mən şübhə etmirəm ki, lazımi anda iki prezident razılığa gəlib Krıma gedəcəklər”, – Peskov bildirib.

Eyni zamanda o, dəqiqləşdirib ki, səfər üçün konkret şəhər nəzərdə tutulmur, Krıma səfər nəzərdə tutulur.

“Əlbəttə, dünən Prezident Lukaşenko tərəfindən çox mühüm bəyanat verildi ki, Belarus tərəfinin fikrincə, Krım de-fakto və de-yure Rusiyadır”, - Peskov bildirib.

Lukaşenko daha əvvəl RİA Novosti agentliyinə müsahibəsində 2014-cü ildə keçirilən referendumdan sonra Krımın de-fakto və de-yure Rusiyaya çevrildiyini bildirib və əlavə edib ki, onun səfəri yarımadanın Rusiya Federasiyasının bir hissəsi kimi tanınması demək olacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər