13 Dekabr 2021 11:48
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə naziri Aleksey Reznikov Almaniyadan müdafiə silahlarının alınmasına veto qoyulmasına reaksiya verib.

Teleqraf.com-un xəbərinə görə, nazir bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.

Reznikov bildirib ki, Almaniya ötən ay NATO-nun Dəstək və Təchizat Agentliyi vasitəsilə Ukraynanın dron əleyhinə silahlar və sistemlər almasına veto qoyub.

Almaniyanın hələ də “Şimal axını-2” qaz kəmərini inşa etdiyinə diqqət çəkən Reznikov vurğulayıb: “Onlar bizim müdafiə silahlarımıza veto qoyurlar. Bu, ədalətli deyil”.

Bundan əvvəl ABŞ da Ukraynaya 200 milyon dollarlıq hərbi yardım paketini dayandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər