İraq və Suriyadakı IŞİD hədəflərinə son 3 gündə 31 hava hücumu təşkil edilib. Bu hücumlar bilavasitə ABŞ və koalisiya gücləri tərəfindən həyata keçirilib.
ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) veirlən açıqlamada bildirilir ki, İŞİD-ə qarşı aviasiya zərbələrinin 11-i Suriya ərazisində gerçəkləşdirilib.
Terrorçulara qarşı 20 hava hücumu isə İraq ərazisində təşkil olunub. Hava bombardımanı nəticəsində İŞİD-ə aid çoxsaylı texnika, hərbi sursat və dayaq məntəqələri məhv edilib.
Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, İŞİD döyüşçülərinin böyük tələfata uğradıldığı söylənilsə də, canlı qüvvə itkisi ilə bağlı konkret rəqəmlər açıqlanmayıb.
Nail Cəlil