18 Dekabr 2021 10:20
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Rəcəb Tayyib Ərdoğanla Prezident Vladimir Putin arasındakı dostluq münasibətləri sayəsində iki ölkə bir çox problemə qarşı birgə hərəkət edə bilir”.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bildiyiniz kimi, Prezident Ərdoğanın Prezident Putinlə isti dostluq münasibətləri var. İxtilaflar olsa da, bu münasibətlər sayəsində onların bir araya gəlməsinə və ən çətin problemlərin həllinə belə imkan verdi. Bu, dəfələrlə olub. Həm Suriyada, həm də keçmişdə ikitərəfli münasibətlərdə. Bəzi ixtilaflara baxmayaraq, Türkiyə bizim üçün çox vacib qonşu, çox mühüm böyük layihələrdə və bir çox regional problemlərin həllində tərəfdaşımızdır”, - Kremlin sözçüsü bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər