Madaqaskar daxili işlər naziri Serj Gelle vertolyotunun dənizə düşməsindən sonra 12 saat üzərək sahilə çatıb.
Teleqraf.com xəbər verir ki,ölkənin şimal-şərq sahillərində qəzaya uğrayan gəmini araşdırmaq üçün havaya qalxan Gellenin helikopteri bir müddət sonra dənizə düşüb.
Qelle və bir polis əməkdaşı qəzadan sonra müxtəlif vaxtlarda sahilə çıxa bilib.
Nazir hadisə zamanı xəsarət almadığını, amma soyuqqanlı olduğunu bildirib.
Gelle vertolyotun oturacaqlarından birini üzmək üçün istifadə edib.
57 yaşlı Serj Gelle 30 il polis işlədikdən sonra avqust ayında nazir seçilib.