Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 179 nəfər vəfat edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 352 438 nəfər test edilib, 19 095 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 22 816 nəfər sağalıb.