29 Dekabr 2021 12:24
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratlar Partiyasının ABŞ Senatındakı keçmiş lideri Harri Rid vəfat edib.

Teleqraf.com xəbər verir ki, uzun illər mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan Rid 82 yaşında dünyasını dəyişib.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın mübahisəli səhiyyə qanununun (“Obamacare”) imzalanmasında mühüm rol oynayan Rid üçün Obama da mesaj verib.

“Senatda böyük lider idi və mənə qarşı çox səxavətli idi. Onun dəstəyi və təşviqi olmasaydı, mən prezident olmazdım”, - Obama qeyd edib.

Mərhum siyasətçinin həyat yoldaşı Lenava Rid də əri ilə qürur duyduğunu və onun geridə qoyduqlarının qayğısına qalacağını deyib.

Birinci dəfə 1982-ci ildə Nümayəndələr Palatasına seçilən Rid 1986-cı ildə Nevada seçicilərinin səsi ilə Senata daxil olub.

Rid 2007-2015-ci illərdə Senatdakı demokratların lideri olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər