8 Yanvar 2022 18:58
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Dünya Bankından COVID-19 pandemiyası ilə mübarizədə istifadə etmək məqsədilə 90 milyon dollar kredit alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın İqtisadiyyat Nazirliyi yanında İnvestisiya və Texniki Yardım Təşkilatının rəhbəri Əli Fikri məlumat yayıb.

O bildirib ki, kredit çərçivəsində COVID-19 ilə mübarizə üçün lazım olan bütün tibbi avadanlıq və dərmanlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təmin edilərək İrana çatdırılacaq.

Qeyd edək ki, pandemiya ilə mübarizədə ən çox zərər çəkən ölkələrdən biri olan İran 2020-ci ilin mart ayında Beynəlxalq Valyuta Fondundan (BVF) 5 milyard dollar kredit istəmişdi.

İrana qarşı birtərəfli iqtisadi sanksiyalar tətbiq edən ABŞ rəhbərliyinin bu tələbə qarşı çıxmasından sonra kreditin verilməsi mümkün olmamışdı.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər