12 Yanvar 2022 15:25
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, Rusiyaya aid məsələ deyil, hər şeyi KTMT koordinasiya edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının Qazaxıstandan nə üçün sonda çıxacağı ilə bağlı danışarkən deyib.

“Buna KTMT qərar verir”, - Peskov bildirib.

O, KTMT qüvvələrinin ölkədən çıxarılmasının müddətindən danışarkən qeyd edib ki, missiya bir gündə yerləşdirilməyib.

“Qüvvələr bir neçə gün ərzində yerləşdirilib. Eyni zamanda, bütün bunlar KTMT tərəfindən müəyyənləşdirilir, ona görə də bu, təkcə Rusiya Federasiyasına aid məsələ deyil”, - prezidentin mətbuat katibi söyləyib.

Peskov kontingentin sürətlə geri çəkilməsini KTMT-dən yardım istəyən ölkənin qərarı ilə izah edib: “Bu, həm də qısa müddətdə qazax dostlarımıza yaranmış problemlərin öhdəsindən gəlməyə kömək etmək üçün kifayət qədər təsirli missiya olduğunu göstərir”.

Baykonur aerodromunun gücləndirilmiş təhlükəsizlik rejiminin qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran Peskov qeyd edib ki, bunu rusiyalı mütəxəssislər və ilk növbədə Qazaxıstan hüquq-mühafizə orqanları həyata keçirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər