13 Yanvar 2022 08:45
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyanın "Parsek" şirkəti və Rusiya vətəndaşı Roman Alara qarşı sanksiya tətbiq edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, sanksiyalar siyahısına həmçinin Moskva və Vladivostokda yaşayan 4 Çin vətəndaşı və 2 Şimali Koreya vətəndaşı daxil edilib.

Nazirlikdən qeyd ediblə ki, onlara qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi Şimali Koreyaya qarşı sanksiya siyasətinin tərkib hissəsi kimi həyata keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər