Alman məhkəməsi Bəşər Əsəd rejimi tərəfindən işgəncələr həyata keçirən keçmiş suriyalı polis məmurunu insanlığa qarşı cinayət törətməkdə təqsirli bilib.
Teleqraf.com xəbər verir ki, Koblenz məhkəməsi Əsəd rejiminin keçmiş polkovniki Ənvər Raslanı ömürlük həbsə məhkum edib.
Bu qərar Suriyada dövlət əli ilə işgəncələr və cinayətlər törədilməsi ilə bağlı dünyada ilk haldır.
Məhkəmə polkovniki insanlığa qarşı cinayət işləməklə, daha dəqiq 27 fərqli cinayətdə təqsirli bilib. Almaniyada işgəncə qurbanları ilə bağlı 2020-ci ilin aprelində başlayan işdə 80-dən çox şahid dinlənilib. Almaniya ilə birbaşa əlaqəsi olmayan bu iş Suriyada dövlət tərəfindən Beynəlxalq Cinayət Hüququ çərçivəsində universallıq prinsipinə uyğun olaraq törədilən qətl və işgəncə cinayətləri ilə bağlı dünyada ilkdir.
Ömürlük həbsə məhkum edilən Ənvər Raslan 2012-ci ildə Suriyanı tərk edib, 2014-cü ildə Almaniyaya gedib. 2015-ci ildə özünü rəqib kimi təqdim edən və Berlin polisinə müraciət edən Raslan rejimin agentləri tərəfindən öldürülə biləcəyini iddia edib. Raslan barəsində aparılan araşdırmalardan sonra həbs edilib.