15 Yanvar 2022 12:45
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Komissiyası Avropa Məhkəməsinin “Turov linyit” mədəninin bağlanması ilə bağlı qərarına tabe olmayan Polşanı 50 milyon avro cərimələyib.

Teleqraf.com xəbər verir ki, Avropa İttifaqı Komissiyası “Turov linyit” mədənini bağlamayan Polşanı 20 sentyabr-19 oktyabr 2021-ci il tarixləri üçün faizlə birlikdə gündəlik 500 min avrodan 50 milyon avroya qədər cərimələyib.

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Balazs Ujvari ilk bildirişi noyabrın 10-da etdiklərini, 45 günlük qanuni müddətin bitməsinə baxmayaraq Polşanın heç bir ödəniş etmədiyini, ikinci bildiriş göndərdiklərini bildirib.

Aİ-nin sözçüsü bildirib ki, Polşa səlahiyyətliləri ödəniş etməsə, Aİ Komissiyasının cəriməni toplamaq üçün güclü prosedurları var.

Polşa hökumətinin sözçüsü Piotr Müller Aİ Komissiyasının Polşaya ayırdığı büdcədən kəsilməsinin Aİ qanunlarına zidd olduğunu deyib. Bildirib ki, Aİ Komissiyası son nəticədə büdcədən alacağımız pulu kəsmək istəsə, bunu edə bilər, lakin bu Aİ qanunlarına zidd olardı. Biz bu yükü daşıya biləcək gücdəyik”.

Ədliyyə Məhkəməsinin qərarını prinsip etibarı ilə doğru görmədiklərini və onlar üçün ən vacib olanın polyakların enerji təhlükəsizliyi olduğunu bildirən Müller, hökumətin elektrik enerjisinin kəsilməsinin qarşısını alacaq xərcləri qarşılamağa hazır olduğunu ifadə edib.


Müəllif: Nemət

Oxşar xəbərlər