20 Yanvar 2022 19:13
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun həbsə düşməsini istəmədiyini bildirib.

Teleqraf.com bildirir ki, M.Saakaşvili bunu “Feysbuk” sosial şəbəkəsindəki hesabında yazıb.

“Təbii ki, institut yoldaşımın məni xatırlaması yaxşı haldır, amma görünür, o, tələsdiyindən bir neçə il əvvəl onun qeyri-qanuni göstərişi ilə ilk dəfə həbsxanaya getdiyimi unudub. Hakim Larisa Sokol məni azad edəndən sonra Poroşenkonun göstərişi ilə məni yenidən təqib etməyə başladılar və sonda o, işdən çıxarıldı. Məni isə oğurladılar və az qala boğularaq ölkədən qovuldum”, - Saakaşvili yazıb.

O qeyd edib ki, Poroşenkonun həbsə düşməsini “insancasına” istəmir.


Müəllif: Səxavət

Oxşar xəbərlər