Türkiyə Silahlı Qüvvələri ötən gün Suriyanın Afrin şəhərində törədilmiş terror aktından sonra keçirdiyi antiterror əməliyyatı nəticəsində 18 PKK terrorçusunu zərərsizləşdirib.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Qeyd edək ki, Afrində baş vermiş hücum zamanı 5 dinc sakin həlak olub, 34 nəfər isə yaralanıb.
H.Akar Türkiyə ordusunun Suriya və İraqın şimalında antiterror əməliyyatlarını davam etdirdiyini bildirib.
"2015-ci ilin iyulundan Silahlı Qüvvələrin terrora qarşı apardığı mübarizə nəticəsində 33 149 terrorçu zərərsizləşdirilib. Ötən il isə 2 939 terrorçu məhv edilib", - deyə o bildirib.