24 Yanvar 2022 18:56
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ətrafında vəziyyət getdikcə daha da kəskinləşir.

Teleqraf.com xəbər verir ki, bu istiqamətdə baş verən son hadisələri təqdim edir.

Şimali Atlantika Alyansı – NATO bu gün bəyanat yayaraq gəmi və təyyarələrin Şərqi Avropaya – Bolqarıstan, Rumıniya və Litvaya köçürüldüyünü bildirib. İspaniya, Niderland və Danimarka Şərqi Avropaya əlavə qüvvələr göndərməyə hazır olduqlarını bəyan ediblər. ABŞ da regionda özünün hərbi varlığını artırmağa icazə verib. “The New York Times” qəzeti yazır ki, Vaşinqton Şərqi Avropaya 50 minədək Amerika hərbçisinin mümkün yerləşdirilməsi məsələsini müzakirə edir.

Bundan bir qədər əvvəl ABŞ, daha sonra isə Böyük Britaniya, Avstraliya və Almaniya “Rusiyadan gələn təhlükənin artması səbəbindən” diplomatların biq qisminin, eləcə də onların ailə üzvlərinin Ukraynadan çıxarıldığını elan ediblər. Moskva belə hərəkətləri “qəribə” adlandırırıb.

Özünü “Donetsk Xalq Respublikası” adlandıran qurumun xalq milis idarəsinin rəis müavini Eduard Basurin bildirib ki, Donbasda qarşıdurma xəttində Ukrayna ordusu hücuma hazırlaşır. Kəşfiyyata əsasən, tanklar və artilleriya döyüş bölgəsinə keçirilir, Ukrayna Silahlı Qüvvələrinin motoatıcı və mexanikləşdirilmiş briqadalarında bütün şəxsi heyətin məzuniyyətləri dayandırılıb.

Ukraynadan gələn son xəbərlərə Moskva birjası reaksiya verib. Dolların kursu 79 rubldan yuxarı qalxıb ki, bu da ötən ilin noyabrından bəri ən yüksək göstərici olub. Avronun məzənnəsi yanvarın 14-dən bəri ilk dəfə 89 rublu ötüb.


Müəllif: Səxavət