25 Yanvar 2022 16:16
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o, hər hansı müharibə olmasını istəmir.

Teleqraf.com xəbər verir ki, A.Lukaşenko deyib:

“Məni təkcə prezident kimi deyil, həm də silahlı qüvvələrə cavabdehlik daşıyan şəxs kimi başa düşmənizi istəyirəm. Nə mən, nə də generallarımız və hərbi rəislərimiz hansısa müharibə istərdi. Eyni zamanda bu o demək deyil ki, fəaliyyətsiz olmaq lazımdır”.

Yanvarın 21-də Lukaşenko Ukrayna hakimiyyətinin gözlənilməz addımları və rəhbərliyinin qeyri-adekvatlılığı halında sözügedən ölkə ilə sərhədi qorumağa çağırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər