26 Yanvar 2022 11:19
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın Kvara əyalətində məktəblərdə müsəlman qızların hicab geyinməsi sərbəstləşdirilib.

Teleqraf.com xəbər verir ki, ölkənin Təhsil Nazirliyinin rəsmisi Haciya Sadatu Madibbo Kavu verdiyi açıqlamada hökumətin ştatın müsəlman və xristian liderləri ilə baş örtüyü məsələsini müzakirə etdiyini bildirib.

Kavu deyib ki, hökumətin müsəlmanlara əyalətdəki bütün məktəblərdə hicab taxmağa icazə verib.

O, müsəlman, həm də xristianların liderlərini əyalətdə sülhün bərqərar olmasına imkan yaratmağa çağırıb: “Nigeriyada din azadlığı var. Ona görə də müsəlman uşaqlarımız məktəblərdə hicab geyə bilərlər”.

Hökumət 2021-ci il fevralın 26-da Kvara əyalətindəki bütün məktəblərdə müsəlman qız şagirdlərin hicab taxmasına icazə verəcək qərar qəbul edəcəyini açıqlayıb. Müsəlmanlar bu qərarı alqışlasa da, xristianlar etiraz ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər