8 Fevral 2022 17:07
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Fransa Ukrayna ilə münasibətlərdə gərginliyin azaldılması ilə bağlı hansısa “sövdələşmə” bağlaya bilməzlər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Moskva və Parisin bir sıra müvafiq tədbirlər haqqında razılığa gəldiyi barədə daha əvvəl “The Financial Times” öz mənbələrinə istinadən xəbər yayıb. FT yazıb ki, Putin “hərbi təşəbbüslər” etməyəcəyinə və qoşunları Belarusdan geri çəkəcəyinə söz verib. Qəzet, həmçinin bildirib ki, Moskva şərtlərin Vaşinqton tərəfindən təsdiqini gözləyir.

“Burada “Financial Times” əlbəttə ki, tamamilə səhv yazıb. Moskva və Paris heç bir sövdələşmə bağlaya bilməzlər, bu, sadəcə olaraq mümkün deyil. Çünki Fransa həm Avropa İttifaqının üzvüdür və burada sədrlik edən ölkədir, həm də NATO-nun üzvüdür. Burada isə liderlik Fransada deyil. Bu blokda liderlik tamamilə başqa ölkəyə məxsusdur. Hansı sövdələşmədən danışa bilərik? Ona görə də qəzet sadəcə olaraq səhv yazıb ”, – Rusiya Prezidentinin mətbuat katibi bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər