14 Fevral 2022 09:23
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin başçısı Şeyx Xəlifə bin Zayed əl-Nəhyanın siyasi müşaviri Ənvər Qarqaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əbu-Dabiyə səfərinin ikitərəfli münasibətlərdə yeni müsbət səhifə açacağını bildirib.

Teleqraf.com xəbər verir ki, Qarqaş sosial şəbəkə hesabında Ərdoğanın səfəri ilə bağlı açıqlama verib.

“Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın Türkiyəyə səfərindən sonra Prezident Ərdoğanın BƏƏ-yə səfəri iki ölkə arasındakı ikitərəfli münasibətlərdə yeni müsbət səhifə açacaq”, - diplomat deyib.

O, bu səfərin regionun sabitliyi və rifahına yönəlmiş əməkdaşlıq körpülərini gücləndirmək meyllərinə uyğun olduğuna vurğulayıb:

“Türkiyə Prezidenti Ərdoğanın Əbu-Dabiyə səfəri də firavan gələcəyi təmin etmək üçün sadiq olduğumuz yola uyğundur”.

Ərdoğan əl-Nəhyanın dəvəti ilə fevralın 14-15-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edəcək.

Prezident Ərdoğanın səfəri çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə BƏƏ arasında ikitərəfli əlaqələr bütün aspektlərdə dəyərləndiriləcək, əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər