Çində dünyanın ən qədim çiçək qönçəsinin qalığı tapılıb.
Teleqraf.com xəbər verir ki, 160 milyon il əvvələ aid olduğu təsbit edilən çiçəyin dinozavrların dövründə açmış ola biləcəyi düşünülür.
Tədqiqatçılar Çinin Daxili Monqolustan Muxtar Bölgəsində dünyanın ən qədim çiçək qönçəsi qalığını tapıblar. Tədqiqatçı Vanq Xinin dediyinə görə, sözügedən qalıq gövdə, yarpaqlı budaq, soğanaq və təxminən 3 kvadrat millimetrlik kiçik tumurcuğundan ibarətdir.
Vanq çiçək qönçəsinin uzunluğunun 4 millimetrdən az, insan dırnağından çox kiçik olduğunu söyləyib. Elm adamları çiçək qönçəsinin təxminən 160 milyon il əvvələ - Yura dövrünə aid olduğunu bildiriblər.
"Təxminən 160 milyon il əvvəl - Yura dövrünə aid bu kiçik çiçək qönçəsi dinozavrların ayaqları altında açmış ola bilər”, - tədqiqatçı söyləyib.