Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı vəziyyət və ABŞ və NATO-nun təhlükəsizlik zəmanəti təkliflərini müzakirə etmək üçün Təhlükəsizlik Şurasını toplayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Ukraynadakı vəziyyətin müzakirə edildiyi iclasda Putin həftə ərzindəki beynəlxalq təmasları barədə məlumat verib.
İclasda Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı fikir mübadiləsi aparılıb.