18 Fevral 2022 17:26
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin şimal bölgəsində Livandan bir PUA-nın ölkə ərazisinə daxil olması səbəbiylə xəbərdarlıq sistemləri işə düşüb.

Teleqraf.com xəbər verir ki, İsraildə baş verən kritik gəlişmə gözlərin bu ölkəyə çevrilməsinə səbəb olub.

İsrailin Cəlilə bölgəsində Livandan gəldiyi bildirilən PUA-nın ölkə ərazisinə daxil olması səbəbiylə xəbərdarlıq siqnalları çalınıb.

Mövzu ilə bağlı İsrail ordusundan açıqlama verilib.

Açıqlamaya görə, PUA-nın səmada görünməsindən dərhal sonra "Hücum" siqnalı verilib və “Dəmir Günbəz” sistemindən atəş açılıb.

İsrail ordusuna məxsus təyyarə və helikopterlərin bölgəyə göndərildiyi bildirilib.

Livan sərhədinə və Qolan təpələrinə yaxın olan bu bölgənin sakinləri partlayış səsləri eşitdiklərini deyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu