21 Fevral 2022 11:23
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Ukrayna arasında müharibə başlasa, ABŞ-ın yanında olacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Xarici işlər naziri Yair Lapid deyib.

Lapid Rusiyanın Ukraynaya müdaxilə ehtimalının ABŞ-ın proqnozlarından aşağı olduğunu təxmin etdiklərini, amma buna qəti şəkildə hazırlaşdıqlarını bildirib.

Rusiya ilə yaxşı münasibətləri davam etdirməyə diqqət etdiklərini deyən Lapid təbii olaraq müttəfiqləri olan ABŞ-ın yanında olacaqlarını vurğulayıb.

Nazir İsrailin Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalarda iştirakının mümkünlüyü ilə bağlı bunu söyləyib: “Rusiya ilə təhlükəsizlik koordinasiyasını və yaxşı əlaqələri davam etdirməyə hazırıq, amma bu məsələni də dəyərləndirməliyik”.

İsrail hökumətinin Rusiya və Ukraynadakı yəhudilərin qayğısına qaldığını deyən Lapid bunun İsrailin qərarvermə mexanizmində önəmli yer tutduğunu vurğulayıb.

“Vəziyyətimiz bir qədər Baltikyanı ölkələrə bənzəyir” deyən nazir Rusiyanın Suriyadakı varlığına və maraqlarına da diqqət çəkib:

“Məqsədlərimiz üçün Rusiya və Suriya ilə sərhədlərimiz var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər