26 Fevral 2022 12:59
1 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın işğalçı qüvvələri son 24 saat ərzində ən azı 40 mülki infrastruktura ziyan vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko məlumat verib.

“Son 24 saat ərzində ən azı 40 mülki infrastruktur obyekti Rusiya qoşunları və Rusiya hərbçiləri tərəfindən zədələnib. İş o yerə çatıb ki, ruslar dinc sakinləri də hədəfə alırlar”, - Denisenko bildirib.

O, Rusiya qüvvələri Kiyevin Lobanovski prospektində yaşayış binasını vurduğunu da deyib:

“Putinin heç vaxt dinc əhaliyə qarşı müharibə aparmaması və ukraynalıların guya özlərini qorumaq üçün insan və uşaqlardan qalxan kimi istifadə etməsindən danışması tamamilə saxtadır. Ruslar Ukraynanın paytaxtı Kiyevdə mülki evlərə raket zərbələri endirir”.

Denisenko bu gecə Kiyevə daxil olan rus hərbi qüvvələrinin hamısının məhv edildiyini bildirib: “Onların hamısı zərərsizləşdirilib, amma təəssüf ki, tarakan kimi bütün çatlardan çıxırlar”.

Denisenko ayrıca qeyd edib ki, indi patrul polisinin avtomobillərinə və ya hərbi hissələrə atəş açılması halları getdikcə artır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər