2 Mart 2022 09:23
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan parlamentinin Məclisi (aşağı palatası) plenar iclasda ölkənin eks-prezidentinin qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərarı təsdiqləyib.

Teleqraf.com Kazinforma agentliyinə istinadən xəbər verir ki, bu gün keçirilən iclasda 101 deputatdan 99-u səsverməyə çıxarılan sənədin lehinə səs verib.

Fevralın 25-də respublikanın Mərkəzi Seçki Komissiyası Nazarbayevanın müraciəti əsasında onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı təklifi Məclisə təqdim etmək qərarına gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər