4 Mart 2022 11:08
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruslar həftədə üç dəfə Zelenskini öldürməyə cəhd edib. Ukrayna xüsusi xidmət orqanları düşmənin planlarını üzə çıxarmağa və cinayətin qarşısını almağa nail olub.

Teleqraf.com xəbər verir ki, bu məlumatı Britaniyanın “Times” qəzeti yazıb.

Qəzet iddia edib ki, son bir həftədə Ukrayna Prezidenti Vladimir Zelenskiyə ən azı üç dəfə sui-qəsd cəhdi olub.

Qeyd olunur ki, Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup - Vaqnerin Kreml yönümlü qrupunun muzdluları və çeçen xüsusi təyinatlıları göndərilib. Qəzet yazır ki, hər dəfə cəhdlərin qarşısı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya Federal Təhlükəsizlik Xidmətinin zabitləri sayəsində alınıb.

Vaqnerin Kiyevdəki muzdluları cəhdləri zamanı itki veriblər və ukraynalıların onların hərəkətlərini nə qədər dəqiq görməsindən narahat olublar. Qrupa yaxın mənbə bildirib ki, Zelenskinin təhlükəsizlik şüuru onlar üçün “dəhşətli” olub.

Həmçinin şənbə günü Kiyevin kənarında bir qrup çeçen muzdlu tərəfindən həyata keçirilən sui-qəsdin qarşısı alınıb.

Üçüncü sui-qəsd barəsində informasiya verilməyib.


Müəllif: Nemət

Oxşar xəbərlər