4 Mart 2022 15:07
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin müavini Vendi Şerman martın 4-5-də İstanbul və Ankaraya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Dövlət Departamenti açıqlayıb.

“Şerman Putinin Ukraynaya qəsdən, səbəbsiz və əsassız müdaxiləsini müzakirə etmək üçün Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və digər rəsmilərlə görüşəcək”, - məlumatda qeyd edilib.

Görüşlərdə ABŞ-Türkiyə arasında gələcək birgə əməkdaşlıq və Ukraynanın dəstəklənməsində ümumi maraqlar müzakirə olunacaq.

Şerman Türkiyədən sonra İspaniya, Mərakeş, Əlcəzair və Misirə gedəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər