Bazar ertəsi səhər Avropada qazın spot qiyməti tarixi rekordunu yeniləyərək 1000 kubmetr üçün 2700 dollara çatıb.
Teleqraf.com xəbər verir ki, ötən həftənin cümə günü qiymət 2504 dollardan baha olmayıb.
Hazırda qazın qiymətinin 2700 dolları keçdiyi bildirilir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi qazla yanaşı xam neftin də qiymətinin maksimum bahalaşmasına səbəb olub.