“Bakı Ermənistanın Zəngəzur dəhlizinin açılması məsələsini siyasi alver predmetinə çevridiyindən alternativ varianta üstünlük verdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, İrəvan Zəngəzur dəhlizinin açılmasını “Qarabağda yaşayan etnik ermənilərin statusu” məsələsi ilə paralel olaraq danışıqlar predmetinə çevirməyə çalışırdı.
Ekspert hesab edir ki, bu, 10 noyabr üçtərəfli bəyannaməsinin İrəvan tərəfindən pozulması deməkdir:
“Ermənistan bununla Azərbaycana təzyiq etmək niyyətindəydi. Amma Azərbaycanın gözlənilmədən İranla anlaşma imzalaması Ermənistanın bu təzyiq vasitəsinin təsirini heçə endirdi.
Tamamilə dalana dirənən Ermənistan bu çıxmazdan çıxmaq və ya nəyəsə nail olmaq üçün Azərbaycanın sülh təklifinə Minsk qrupunun vasitəçiliyi ilə danışıqların aparılması məsələsini önə çəkib. Paşinyan bununla “status” məsələsini yenidən gündəmə gətirməyə çalışır.
Hesab edirəm ki, Ermənistan rəhbərliyi növbəti dəfə desturuktiv mövqe nümayiş etdirərək, Qərb vasitəsilə Azərbaycana təzyiq etməyə çalışır. Amma İrəvanın bu ümidsiz səyləri nəticə verməyəcək. Çünki Bakı Avropa ölkələri ilə siyasi-iqtisadi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı inkişaf etdirir, daha da irəli aparır. Tərəflər arasında narazılıq yaradacaq məsələlər yoxdur. Avropa müharibənin gedişində Azərbaycana təzyiq etməyibsə, innən belə bir addım atacağı inandırıcı görünmür. Avropada Rusiyanın əlində alət olan və onun Ukraynadakı müharibəsinə haqq qazandıran Ermənistanın səsini çətin eşidərlər. Paşinyanın Fransaya səfəri də bulanıq suda balıq tutmaq cəhdi idi”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Avropanın geoiqtisadi və geosiyasi maraqlarına uyğun olan Zəngəzur dəhlizinin açılmasına mane olmaqla, bir növ Şərqlə Qərbi birləşdirəcək nəqliyyat habının qarşısını kəsməyə cəhd edir.
Ekspert Ermənistanın böyük güclərə dirəniş göstərmək gücündə olmadığını bildirib.