19 Mart 2022 21:09
2 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq biznesin Rusiyanı tərk etməsindən sonra ticarət mərkəzlərinin sahibləri çöküşü gözləyirlər.

Teleqraf.com xatırladır ki, Qərb brendləri ticarət mərkəzlərinin ərazisinin azı 35 faizini tuturdu.

Rusiya Federasiyası Ticarət Mərkəzləri İttifaqının ekspert komitəsinin rəhbəri Pavel Lyulinin sözlərinə görə, müəssisələr artıq sanksiyaların təsirini yaşayır.

Yaxın gələcəkdə daha çox brend bazarı tərk edərsə, ticarət sektoru, xüsusən də ticarət mərkəzi çökəcək. Onlar üçün çıxış yolu daxili bazarda kirayəçilər tapmaqdır, lakin rus istehsalçıları çox deyil.

Rusiya diqqətini Asiya bazarına yönəltmək niyyətindədir. Söhbət Türkiyə, Monqolustan, Çin, İran və Hindistanla əlaqələr qurmaqdan gedir. Məlumdur ki, Hindistan nümayəndələri Qərbin sanksiyalarına baxmayaraq, Rusiya ilə təmasda olmağa hazırdırlar.

Qısa müddətdə alış-veriş mərkəzlərindəki boş yerləri çətin ki, yaxın altı ayda kirayəçilər doldursun – yeni bazarlara daxil olmaq prosesi vaxt aparır. Bu müddət ərzində ticarət mərkəzi itkilərlə üzləşəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər