21 Mart 2022 14:25
3 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya müdaxiləsi bir sıra Avropa ölkələrini panikaya salıb. İşğala ən kəskin reaksiya İngiltərədən gəlir.

Teleqraf.com xəbər verir ki, İngiltərə Ukraynada Rusiya işğalın başlamasının ilk günündən etibarən Kiyevə hər cür dəstək verir.

İngilis siyasi ekspert, keçmiş baş nazir Marqaret Tetçerin köməkçisi Nil Qardiner Rusiya lideri Vladimir Putinin Avropada işğala hələ yeni başladığını iddia edib.

Qardiner hesab edir ki, Rusiya Ukraynadakı hədəflərinə çatsa, Avropanın böyük ərazilərini işğal edə bilər:

“Rusiyanın Ukraynaya müdaxiləsi uğurlu olarsa, Putin Baltikyanı ölkələri (Estoniya, Litva və Latviya – red.), xüsusilə Litvanı əsas hədəf kimi götürəcək. Ukrayna gələcək genişlənən müharibələr üçün sınaq nümunəsidir. Putin Ukraynada uğurlu olsa, gözünü Baltikyanı ölkələrə dikəcək”.

Qardinerin sözlərinə görə, Avropa yaxın gələcəkdə Rusiyanın Baltikyanı ölkələrə qarşı hərbi əməliyyatına hazır olmalıdır:

"Bu, Avropa üçün oyunun yalnız başlanğıcıdır. Ruslar Avropanın böyük hissələrini işğal etmək istəyə bilər və biz onları dayandırmalıyıq. İngiltərə buna rəhbərlik etməli və digər Avropa hökumətləri də onu izləməlidir. İmkan verə bilmərik ki, ruslar öz istəklərini Avropaya sırısınlar. İngiltərə və avropalı müttəfiqlərimiz üçün ən təhlükəsiz variant müdafiəyə daha çox pul xərcləmək, güc və qətiyyət nümayiş etdirmək və rusları geri itələməkdir. Əgər bunu etməsək, Ukraynada gördükləriniz Avropanın digər yerlərində də baş verəcək”.

Qardiner rusları dayandıra biləcək yeganə ölkənin İngiltərə olduğunu söyləyib. O, Baş nazir Boris Consona xəbərdarlıq edib ki, Moskva ilə rəqabət apara bilmək üçün cari müdafiə xərclərini ikiqat artırmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər