27 Mart 2022 16:38
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putin sakitləşməyəcək, yeni hücumları dəf etməyə hazırlaşmalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Vladimir Fesenko səsləndirib.

O həmçinin vurğulayıb ki, Rusiyanın Ukraynadakı müharibəsini uzatmaq ehtimalını irəli sürən bir sıra amillər var.

“Putin sakitləşməyəcək, Ukraynanı elə ilk uğursuzluqlardan sonra tərk etməyəcək. Ona görə də biz Rusiya ordusunun yeni hücumlarını dəf etməyə hazırlaşmalıyıq. Bizə Ukrayna Silahlı Qüvvələrini təchiz etmək üçün uzunmüddətli proqram lazımdır. Bu, gələcək qələbəmiz üçün ilkin şərtdir”, - politoloq deyib.

Fesenkonun sözlərinə görə, Putin ilk uğursuzluqlardan sonra Ukraynanı belə tərk etməyəcək: “Rusiyanın müttəfiqlərə birbaşa təhdidinə uzunmüddətli təhlükə kimi baxılır. Şimali Atlantika Alyansı təcili olaraq özünü real müdafiə strukturu kimi yenidən qurmalıdır. Bura NATO-nun hərbi xərclərinin təcili artırılması da daxildir”.


Müəllif: Nemət

Oxşar xəbərlər