26 Noyabr 2014 08:45
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin paytaxtı Qahirədə yeddi mərtəbəli yaşayış binasının uçması nəticəsində azı 19 nəfər ölüb.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir, ölənlərin sayınının artacağı istisna olunmur.

Binanın uçmasına səbəb onun üzərində ilkin plana zidd olaraq əlavə mərtəbələrin ucaldılması olub. Bina gecə saatlarında, sakinlərin yatdığı vaxt uçub.

Xilasedicilər uçqun altından 8 nəfəri sağ çıxara bilib.


Müəllif:

Oxşar xəbərlər