Türkiyənin 8-ci prezidenti Turqut Özalın ölümü ilə bağlı başlanan məhkəmə prosesi davam edir.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Ankara 13-cü Ağır Cinayətlər məhkəməsində keçirilən iclas zamanı müttəhim - ehtiyatda olan general-mayor Levent Ersözə 8-ci prezidentə qarşı sui-qəsd təşkil olunması ilə bağlı ittiham irəli sürülüb. Prokuror hakimdən Ersözə ömürlük həbs istəyib. O müttəhimin Şırnakda Özalın zəhərlənərək öldürülməsində iştirakını qeyd etsə də, Ersöz isə bu ittihamı rədd edib.
Hakim bu ilin aprelin 3-də həbs olunan Ersöz barəsində dəlillərin kifayət olmaması səbəbilə bəraət qərarını verib.
Qeyd edək ki, Özalın prezidentlik dövründə Ersöz Şırnakda 23-cü Jandarm Sərhəd Briqadasında qərargah rəisi vəzifəsində çalışıb.
Samir