Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT Baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Quterreş Rusiya və Ukrayna səfərləri barədə Ərdoğana məlumat verib.
Tərəflər arasında Ukraynaya humanitar yardımların çatdırılması, Mariupoldan dinc əhalinin təxliyəsi barədə müzakirələr aparılıb.
Türkiyə Prezidenti, həmçinin BMT baş katibini doğum günü münasibətilə təbrik edib.