17 May 2022 10:11
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Rusiya qüvvələri Çerniqov vilayətinin Desna kəndinə raket zərbələri endirib. Ölənlər və yaralılar var.

Teleqraf.com xəbər verir ki, bu barədə Çerniqov hərbi-mülki administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.

Onun sözlərinə görə, səhər saat 5 radələrində düşmən aviasiyası dörd raket atıb, onlardan ikisi binaya düşüb.

Hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Vilayət rəhbəri bildirib ki, artilleriya və raket zərbələri nəticəsində ölənlər və yaralılar var.

Məlumat üçün xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrin təlim mərkəzlərindən biri Desna kəndində yerləşir.


Müəllif: Nemət