Rusiya son həftələrdə Ukraynaya müdaxilənin ilkin mərhələlərində zəif çıxış etdiyi güman edilən yüksək vəzifəli hərbçiləri işdən çıxarır.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiyanın elit I Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu ələ keçirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Bundan başqa, “Moskva” kreyserinin batmasından sonra Rusiyanın Qara dəniz donanmasına komandanlıq edən vitse-admiral İqor Osipovun da fəaliyyətinin dayandırıldığı bildirilib.
“Çox güman ki, Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov vəzifəsində qalacaq. Amma onun Prezident Putinin etimadını nə qədər qoruyub-saxlayacağı bəlli deyil”, - məlumatda deyilib.
Rusiya rəhbərliyinin bu addımının rus ordusunun döyüş meydanındakı üstünlüyü bərpa etməsini çətinləşdirəcəyi vurğulanıb.