"Türkiyə dövlət nümayəndələri Finlandiyanın NATO-ya üzvlük müraciətinə dair narahatlıqlarını bildiriblər. Bizim Türkiyə ilə həmişə yaxşı əlaqələrimiz olub. NATO müttəfiqi kimi biz Türkiyənin təhlükəsizliyinə sadiq olacağıq. Türkiyə də bizim təhlükəsizliyimizə sadiq olacaq. Biz terrorçuluğa qarşı mübarizədə ciddiyik. Türkiyənin narahatlıqları ilə bağlı açıq müzakirəyə hazırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö Vaşinqtonda ABŞ və İsveç liderləri ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Finlandiya ordusu regionda ən güclülərindəndir: "Biz alyansın təhlükəsizliyinə töhfə verməyə hazırıq. İnanırıq ki, üzv dövlətlər bizim NATO-ya tezliklə qoşulmağımıza dəstək verəcək: "Bu gün Ukrayna həm də bizim dəyərlərimiz uğrunda savaşır. Biz Ukraynanın arxasında qətiyyətlə dayanırıq”.