22 May 2022 18:55
3 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hökuməti sabah İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda, həmçinin Ukrayna böhranının nizamlanması və Ankaranın bu istiqamətdə göstərdiyi diplomatik səylər, Şərqi Aralıq dənizindəki vəziyyət, Liviya və Əfqanıstandakı hadisələr müzakirə olunacaq.

Bundan əlavə, hökumət terrorizmlə mübarizə məsələsini müzakirə etməyi planlaşdırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər